...

"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2020 16:54 (UTC +04:00)
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakkıda, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftində yaranan nasazlıq aradan qaldırılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, lift nasazlıq səbəbindən işləməsə də, hazırda istifadə ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur:

"Bu gün Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftlərindən birində texniki nasazlıq yaranıb. Nasazlıq əraziyə cəlb olunmuş təmir briqadası tərəfindən qısa müddət ərzində aradan qaldırılıb. Hazırda liftdən istifadə ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur".

Əlavə olunub ki, sözügedən liftlər fiziki məhdudiyyətli, uşaq arabası ilə hərəkət edən şəxslərin və yaşlı insanların istifadəsi üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti