...

"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək

Cəmiyyət Materials 4 Dekabr 2020 17:02 (UTC +04:00)
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək

Bakı. Trend:

Dekabr ayında "Ural Hava Yolları" aviaşirkəti Rusiya vətəndaşlarını Vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə üç çarter reysi həyata keçirəcəkdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə bildirilib ki, reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.

Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti