...

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb

Cəmiyyət Materials 15 Dekabr 2020 12:54 (UTC +04:00)
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu üçün son müraciət tarixi 25 dekabr saat 23:59-dək təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti