...

“Azərbaycanın unikal multikulturalizm modeli Frankafoniya mediasında” layihəsi davam edir

Cəmiyyət Materials 22 Yanvar 2021 13:58 (UTC +04:00)
“Azərbaycanın unikal multikulturalizm modeli Frankafoniya mediasında” layihəsi davam edir

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Dünyaya Pəncərə” Biləsuvar Gənclərinin İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın unikal multikulturalizm modeli Frankafoniya mediasında” layihəsi uğurla davam edir.

Bu barədə İctimai Birlikdən Trend-ə daxil olan məlumatda deyilir.

Əsas məqsədi Azərbaycandakı tolerant əhval-ruhiyyə və ölkəmizdəki etnik-dini müxtəlifliyə baxmayaraq fərqli xalqların nümayəndalərinin dinc şəkildə birlikdə yaşaması barədə Fransız media oxucularının məlumatlandırılması yolu ilə mövcud multikulturalizm modelinin təbliği olan layihə çərçivəsində nəzərdə tutulan 6 məqalədən 4-ü artıq Fransa mediasında çap olunaraq fransızdilli oxucu kütləsinin ixtiyarına verilmişdir.

Azərbaycan Respublikasına qarşı beynəlxalq arenada aparılan , o cümlədən Ermənistanın Fransanı qarayaxma kampaniyalarının keçirilməsinə təşviq etdiyi halda biz bu layihə vasitəsilə həqiqətlərin hədəflənmiş oxucu kütləsinə çatdırılmasına nail oluruq.Əkslərin vəhdəti olan Vətənimizin multikultural dəyərlərinin təbliğinin təşkilinə tövhə olan bu layihə üzrə daha 2 məqalə yaxın günlərdə Fransız medaisında işıqlandırılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti