...

Millət vəkili Naqif Həmzəyev Gəncə Hava Limanına Nizami Gəncəvinin adının verilməsini təklif edir

Cəmiyyət Materials 28 Yanvar 2021 14:36 (UTC +04:00)
Millət vəkili Naqif Həmzəyev Gəncə Hava Limanına Nizami Gəncəvinin adının verilməsini təklif edir

Bakı. Trend:

Gəncə Beynəlxalq Hava Limanına dünya bədii mədəniyyət tarixinin möcüzələrindən olan Nizami Gəncəvinin adı verilsin.

Bu təklifi Milli Məclisin deputatı Naqif Həmzəyev irəli sürüb. Millət vəkili qeyd edib ki, dövlətimizin Başçısı İlham Əliyev qüdrətli söz və fikir ustadının zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bu da dahi Azərbaycan şairi Nizaminin dünyaya daha geniş təbliğ edilməsinə növbəti töhfədir. Gəncə Beynəlxalq Hava Limanının adının Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətin adına uyğun kodlaşdırılması “Nizami Gəncəvi ili”nə daha bir ərməğan olardı. Eyni zamanda şəhərə gələn və gedən qonaqların, turistlərin aldıqları biletlerin üzərində və uçuş tablolarında Gəncə Beynəlxalq Hava Limanını KVD (Kirovabad) olaraq deyil, Gəncənin və Nizami Gəncəvinin adına uyğun GNJ qeyd edilərdi.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanının kodu şəhərin adına uyğun olaraq İST, Moskvadakı Domodedovo aeroportunun kodu Domodedavo sözünə uyğun olaraq DME, Bakıdakı Heydər Əliyev adına hava limanının kodu Heydər Əliyev sözünün ingilis dili variantına uyğun olaraq GYD-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti