Bakı. İlhamə İsabalayeva - Trend:
İşğaldan azad edilən ərazilərdəki çayların potensialı çoxdur. Onların hesabına min hektarlarla əkin sahələri suvarılacaq.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, yerüstü su ehtiyatlarımızın 30 faizindən çoxu işğaldan azad edilmiş ərazilərimizin payına düşür.
nazir müavini əlavə edib ki, Azərbaycana gələn bir neçə çay öz başlanğıcını Ermənistandan götürür və ya oradan keçir: "Həmin çayların tərkibində həyat üçün təhlükəli olan elementlərin miqdarı normadan çoxdur".