...

Bu tələbələr köçürülmə prosesində iştirak edə bilməz

Cəmiyyət Materials 1 Fevral 2021 10:16 (UTC +04:00)
Bu tələbələr köçürülmə prosesində iştirak edə bilməz

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi tələbələrin hansı halda köçürülmədə iştirak edə bilmədiyini açıqlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Tələbənin köçürülmə əmri verildikdən sonra o, köçürülmədən imtina edə bilməz. Tələbə bir semestr ərzində tələbə transfer.edu.az saytında yalnız bir dəfə qeydiyyatdan keçə bilər.

Tələbə yalnız yenidən qış və ya yay tətili dövründə transfer.edu.az elektron portalına müraciət edə bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər elektron köçürülmədə iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti