...

Vaksin vurdurduqdan sonra özümü çox yaxşı hiss edirəm - Həkim

Cəmiyyət Materials 13 Fevral 2021 08:39 (UTC +04:00)
Vaksin vurdurduqdan sonra özümü çox yaxşı hiss edirəm - Həkim

Bakı. İlhamə İsabalayeva - Trend:

"Mən özüm COVİD-19-a qarşı peyvənd vurdurmuşam. Bir tibb işçisi olaraq, hər kəsə məsləhət görürük ki, vaksin vurdursun".

Bunu Trend-ə "Yeni klinika"nın həkim-anestezioloq-reanimatoloqu Ramidə Bayramova deyib.

Onun sözlərinə görə, yanvarın 22-də vaksinin ilk dozasını vurdurub. Bugün isə vaksinin ikinci dozasını vurdurmuşuq:

"Vaksini vurdurduqdan sonra heç bir əlamət hiss etmədim, Özümü çox yaxşı hiss edirəm, heç bir narahatlığım yoxdur".

R.Bayramova insanları vaksindən ehtiyat etməməyə də çağırıb:

"Hələ yeni doğulmuş körpələrə vaksinlər vurulur. Bu vaksinlər də uşaqlara vurulan vaksin kimidir. Ondan ehtiyat etmək lazım deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti