...

UNEC-in əməkdaşının qadına şiddət mövzusundakı əsəri Türkiyədə birinci yeri qazandı (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2021 19:27 (UTC +04:00)
UNEC-in əməkdaşının qadına şiddət mövzusundakı əsəri Türkiyədə birinci yeri qazandı (FOTO)

Bakı. Trend:

UNEC-in Marketinq və kommunikasiya departamentinin əməkdaşı, karikaturaçı rəssam Seyran Cəfərli Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq Karikatura Müsabiqəsində birinci yeri qazanıb.

Gender bərabərliyi, qadın hüquqları mövzusunda keçirilən yarışmada 62 ölkədən 549 müəllifin 1672 əsəri təqdim olunub. Müsabiqənin şərtlərinə görə, hər iştirakçıya üç əsər təqdim etmək imkanı yaradılsa da Seyran Cəfərli müsabiqəyə bir karikatura təqdim edib. Həmin karikatura münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, birinci yerə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti