...

Adil Qeybulla peyvənd tərəddüdü olanlara tövsiyə edib: Şayiələrə uymayın!

Cəmiyyət Materials 19 Fevral 2021 14:22 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Trend-in məlumatına görə, A.Qeybulla bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

O, hər kəsi peyvənd olunmağa çağırıb:

"Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə - 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti