...

ABŞ-da Xocalı qətliamının xatirəsinə həsr olunmuş panel müzakirəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2021 08:32 (UTC +04:00)
ABŞ-da Xocalı qətliamının xatirəsinə həsr olunmuş panel müzakirəsi keçirilib (FOTO)

Bakı. Trend:

26 fevral tarixində Nyu York şəhərində fəaliyyət göstərən Amerika Sefard Federasiyası və Müsəlman Amerika Liderlik Alyansı təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə Xocalı qətliamının xatirəsinə həsr olunmuş (Looking In, Speaking Out: Commemorating the Khojaly Tragedy) panel müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, panel müzakirəsinin iştirakçıları ASF-nin icraçı direktoru Ceyson Quberman, MALA-ın həmtəsisçisi və icraçı direktoru Zeynəb Xan, Azərbaycan bəstəkarı və pianoçuları Əbuzər Manafzadə və Nərgiz Əliyarova, “Arts Council” Şəbəkəsinin rəhbəri, Xocalı üzrə incəsənətin icraçısı Dadaş Məmmədov, Corc Vaşinqton universitetin tələbəsi Çilənay Səfərli və ASF İdarə heyətinin üzvü, Birləşmiş Ərəb Əmirliklərlərinin baş ravvini və yeni yaradılmış Körfəz Yəhudi İcmaları Assosiasiyasının İdarə heyətinin Ravvin Elie Abadie olub.

Görüşdə əvvəlki illərdə Nyu York şəhərində Xocalı qətliamının anımı ilə bağlı keçirilən tədbirlər xatırlanaraq video çarx nümayiş olunub. Həmin tədbirlərdə Xocalı qətliamı haqqında ətraflı məlumat verilmiş, faciənin canlı şahidləri tərəfindən şəxsi hekayələr auditoriyaya çatdırılmış və digər ölkələrin təcrübələri paylaşılıb. Daha sonra Əbuzər Manafzadə pianoda faciə qurbanlarının xatirəsinə həsr olunmuş musiqi ifa edib.

Xocalı hadisəsi ilə bağlı incəsənət əsərlərinin yaradıcısı Dadaş Məmmədov faciəyəyə həsr olunmuş əsərləri təqdim edərək onların yaradılması ilə bağlı tarixi danışıb. D.Məmmədov Xocalı faciəsinin il dönümü münasibətilə Art Tower Gallery tərəfindən keçirilən sərgini xatırlayaraq incəsənət xadimi Nazim Məmmədov və fransız sənətkarı tərəfindən əsərlərin təqdim olunduğu qeyd olunub. Rəssamlar incəsənət əsərləri vasitəsilə qətliamın emosiyalarını çatdırmağa çalışmışdır. Sərgidə Mədəniyyət nazirinin iştirak etdiyi, həmçinin müxtəlif ölkələrdə sərgiləndiyi bildirilib.

Tədbirdə pianoçu, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti və təsisçisi Nərgiz Əliyarovanın ifasında Faiq Sücəddinovun “Vətən ballasadı” əsərini səsləndirib. Çıxış edən N.Əliyarova bu cür anım tədbirlərinin keçirilməsi və maarifləndirmənin aparılmasının əhəmiyyətindən danışmışdır. Eyni zamanda musiqinin insanları və müxtəlif xalqları bir yerə gətirməkdə rolundan danışıb.

Azərbaycan diasporusunun fəal üzvlərindən olan Çilənay Səfərli Xocalı faciəsinin tariximizdə dərin iz buraxdığını və təşkil olunan bu cür tədbirlərin və müzakirələrin əhəmiyyətindən danışıb. Daha sonra Ravvin Elie Abadieni təqdim edərək ravvinin rolu barədə danışıb. Ravvin Abadie çıxışında sülhə dəstək mesajını verərək Xocalı qətliamı zamanı həlak olanları xatırlayıb.

Görüşdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatlarının təmsilçiləri, yerli ictimai fəallar, Azərbaycan və yəhudi icmalarının üzvləri, o cümlədən Azərbaycanın ABŞ-dakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti