...

Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)

Cəmiyyət Materials 4 Mart 2021 19:03 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Hazırda paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sıxlıq səbəbində müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Üzeyir Hacıbəyli küçəsi – Mərkəz istiqamətində sıxlıq

2. Tbilisi prospekti – Hər iki istiqamətdə sıxlıq

3. Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi istiqamətdə sıxlıq

4. Ağa Neymətulla küçəsi – Heydər Əliyev prospekti kəsişməsindən sonra üzü Nərimanov m/st istiqamətində sıxlıq

5. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti və Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

6. Abdulvahab Salamzadə küçəsi – Hər iki istiqamətdə sıxlıq

7. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətdə sıxlıq

8. Bakı-Sumqayıt şossesi – Şamaxinka dairəsi və 20 Yanvar dairəsi istiqamətində sıxlıq

9.Heydər Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol (bu hissədə hazırda 30-dan çox avtobus sıxlıqda qalıb).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti