...

Müraciət edənlərin 31 faizinə əlilliyin təyinatı aparılıb - Agentlik sədri

Cəmiyyət Materials 2 Aprel 2021 11:46 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-ci ildə əlilliyin qiymətləndirilməsi üçün sistemə 80 mindən çox müraciət daxil olub. Onların yalnız 31 faizinə əlilliyin təyinatı aparılıb.

Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, əlilliyin təyinatı ilə bağlı vətəndaşlar tərəfindən edilən şikayətlərin sayı az deyil:

“Göndərişdə stasionar, ambulator, diaqnostik müalicə ilə bağlı qeyd edilməyən məsələlər varsa, qiymətləndirmə zamanı ya natamam, ya da imtina cavabı verilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti