...

Sabah Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq

Cəmiyyət Materials 10 İyun 2021 13:56 (UTC +04:00)
Sabah Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq

Bakı. Trend:

Sabah Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, 12-i səhər yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

İyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti