...

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

Cəmiyyət Materials 2 İyul 2021 11:12 (UTC +04:00)
Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

Bakı. Çingiz Səfərli -Trend:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbulu iyulun 31-dək davam edəcək.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti