Bakı. Trend:
Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na müraciət üçün qeydiyyat forması hazırlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, marafondan faydalanaraq işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.
Qeyd edək ki, artıq marafona qoşulan işəgötürənlərin sayı 200-ə, onlar tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı 900-ə yaxındır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər də bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!