...

Nərimanov rayonunda “Təcrübə Akademiyası” çərçivəsində təlimlər keçiriləcək

Cəmiyyət Materials 8 İyul 2021 15:30 (UTC +04:00)
Nərimanov rayonunda “Təcrübə Akademiyası” çərçivəsində təlimlər keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

12-13 iyul 2021-ci il tarixlərində “Odlar Yurdu” Universitetində, açıq havada “Odlar Yurdu” Universitetinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər üçün “Təcrübə Akademiyası” çərçivəsində müxtəlif mövzularda təlimlər keçiriləcək.

Təlimlərdə 15-29 yaşda olan yeniyetmə və gənclər iştirak edə bilər.
Təlimlərin proqramı:
12 iyul 2021-ci il
- Saat 16.00 – təlimçi - “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Fidan Azərqızı
- Saat 17.00 – çay fasiləsi
- Saat 17.30 – təlimçi, yazar Eldar Kərimov - mövzu "Xoşbəxtliyin psixologiyası"
13 iyul 2021-ci il
- Saat 16.00 – təlimçi - Qhtxeber.az saytının baş redaktoru, sosial media eksperti Sənan Nəcəfov
- Saat 17.00 – çay fasiləsi
- Saat 17.30 – təlimçi – “Odlar Yurdu” Universitetinin pedaqoqu, Yaşam Psixologiya Mərkəzinin rəhbəri Könül Cəfərova
Təlimlərin sonunda iştirakçılara təşkilatçılar tərəfindən sertifikat təqdim ediləcək.
Təlimlərdə iştirak etmək istəyən yeniyetmə və gənclər aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfVEhkSVQjsSUhSiAQDTXeH_ij9UXbvC8RQvdiIra7gnvp_Mw/viewform?vc=0&c=0&w=1&flr=0&fbclid=IwAR3bcix2nZQoU4Fz7nazmOi_cG8Q1Bk8fq0owWpNWtvp7gJG-ZIxswIvim4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti