...

Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 12 İyul 2021 20:27 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 564 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 269, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 108 514, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 475 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 1 633 334 təşkil edir.

Xəbər lenti

Xəbər lenti