...

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 250-yə çatıb

Cəmiyyət Materials 13 İyul 2021 18:28 (UTC +04:00)
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 250-yə çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan Məşğulluq marafonu” davam edir.

Trend xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulan işəgötürənlərin sayı artıq 250-ə çatıb. Həmin işəgötürənlrdən 75-dövlət, 175-i isə özəl sahə üzrədir.

Marafona qoşulan işəgötürənlər tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı isə 1100-ə çatıb.

Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir və marafonun dəstəyi ilə artıq 160 nəfər işlə təmin edilib. Onlardan 100 nəfəri qazi, 60 nəfəri isə şəhid ailəsi üzvüdür.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu

linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Xəbər lenti

Xəbər lenti