...

Şəhid Polad Həşimov və İlqar Mirzəyevin anım mərasimi keçirilir (FOTO)

Cəmiyyət Materials 14 İyul 2021 11:01 (UTC +04:00)
Şəhid Polad Həşimov və İlqar Mirzəyevin anım mərasimi keçirilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

İkinci Fəxri Xiyabanda Azərbaycanın ilk şəhid generalı Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ildönümü münasibətilə anım mərasimi keçirilir.

Trend xəbər verir ki, mərasimdə iştirak sərbəstdir.

Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər ikisinə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti