...

Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb

Cəmiyyət Materials 15 İyul 2021 20:21 (UTC +04:00)
Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb

Bakı. Trend:

Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Səhiyyə nazirinin birinci müavini vəzifəsi Səhiyyə Nazirliyinin kollegiyasına daxil edilib. Nazirliyin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti