...

Güclü külək Bakıda 46 ağaca zərər vurub - AÇIQLAMA

Cəmiyyət Materials 28 İyul 2021 10:50 (UTC +04:00)
Güclü külək Bakıda 46 ağaca zərər vurub - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Bakıda ötən gündən başlayan güclü külək bu vaxta qədər ümumilikdə 46 ağaca zərər vurub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, bəzi irigövdəli ağacaların aşması və ya budaqlarının qırılması halları müşahidə edilib.

Qurumun əməkdaşları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi küləkli hava şəraitinin iyulun 29-unadək davam edəcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti