...

Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb

Cəmiyyət Materials 30 İyul 2021 13:49 (UTC +04:00)
Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Trend-in məlumatına görə, xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib.

“Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub. Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti