...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 13 Avqust 2021 16:39 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Avqustun 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 63 547 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 960 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 671 138, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 332 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 339 121 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti