...

Son günlərdə virusa yoluxma hallarında kəskin artım müşahidə olunur - TƏBİB

Cəmiyyət Materials 20 Avqust 2021 11:14 (UTC +04:00)
Son günlərdə virusa yoluxma hallarında kəskin artım müşahidə olunur - TƏBİB

Bakı. Samir Əli - Trend:

Son günlərdə virusa yoluxma hallarında kəskin artım müşahidə olunur.

Trend-in məlumatına görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, 1 avqustda yoluxma əmsalı 7 faiz idisə, bu göstərici 23 faizdir:

"Bu gün 18 pandemiya xəstəxanası fəaliyyət göstərir ki, onların 11-i Bakıda, 7-i regionlardadır. Ümumilikdə respublikamızda 40-a yaxın pandemiya müəssisəsi bu günədək fəaliyyət göstərib. Əgər avqustun birində xəstəxanalarda 808 xəstə var idisə, bu gün bu say 2458-ə çatıb. Sürətli artım göstərir ki, ciddi şəkildə qaydalara riayət etməliyik. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi rahatlaşdırmamalıdır. Bəzən bir regionun daxilində 2-3 pandemiya xəstəxanası olduqda, digər xəstələr xəstəxanaya yaxınlaşmaqda çox ciddi əziyyət çəkir. Buna görə də digər xəstəxanaların pandemiya müəssisəsinə çevrilməsi doğru deyil. Nəzərə alaq ki, personal bir ildən artıqdır ki, çox ciddi rejimdə çalışırlar".

O bildirib ki, COVID-ə yoluxan şəxsin hansı simptomları yaşayacağı haqqında artıq məlumatlar var: "Mart ayından bu günə qədər yoluxan insanlar arasında statistik araşdırma aparılıb. Bu statistika göstərir ki, yoluxan insanlar arasında 96 faiz şəxs peyvənd olunmayan xəstələrdir. Bu, çox ciddi rəqəmdir. Süni tənəffüs aparatına qoşulan xəstələrin 97 faizi peyvənd olunmayanlardır. Vəfat edənlərin arasında isə 99 faizi vaksin olunmayan şəxslərdir".

Xəbər lenti

Xəbər lenti