...

Kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 8 Sentyabr 2021 15:38 (UTC +04:00)
Kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən internet səhifəsində yerləşdirib.

DİM-dən Trend-ə bildirilib ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr üzrə cəmi

faizi

Dövlət ödənişsiz

4166

4019

112

4131

99.16

Dövlət ödənişli

4983

4804

87

4891

98.15

Özəl

300

280

20

300

100.00

Cəmi

9449

9103

219

9322

98.66

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr üzrə cəmi

faizi

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar

8054

7900

154

8054

100.00

Xüsusi qabiliyyət tələb edən ixtisaslar

1395

1203

65

1268

90.90

Cəmi

9449

9103

219

9322

98.66

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada –portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti