Mətbuatda dərc olunan iradlar əsassızdır - AHİK

Mətbuatda dərc olunan iradlar əsassızdır - AHİK

Bakı. Trend:

Təəssüf hissi ilə bildiririk ki, bəzi xəbər saytlarında Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini ləkələyən, həqiqətdən uzaq, faktlara istinad etməyən qərəz dolu yazı dərc olunub. Bildiririk ki, Azərbaycan həmkarlar ittifaqları dəfələrlə bu səpkidə heç bir əsası olmayan yazılara cavab vermişdir və onların hamısı həqiqətdən tamamilə uzaqdır və böhtandır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) məlumatında deyilir. Məlumatda bildirilir: "Mətbuatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun sədrinin ünvanına səslənən fikirlərə cavab olaraq bildiririk ki, AHİK özünün təməl prinsiplərindən və “Həmkarlar ittifaqları haqqında” qanuna əsaslanaraq əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəaliyyətini vicdanla yerinə yetirir. Təkcə son 3 ildə AHİK-ə müxtəlif mövzularda ümumilikdə 434 107 müraciət daxil olub və bunların 96%-i müsbət həllini tapıb. Bu illər ərzində 410 nəfər qanunsuz işdən çıxarıldığı üçün həmkarlar ittifaqları tərəfindən yenidən öz işinə bərpa olunub, 1257 nəfərin isə qanuna müvafiq olaraq, işdən çıxarılmasının qarşısı alınıb. Ümumilikdə statistikaya nəzər yetirsək, görərik ki, həmkarlar ittifaqları yüz minlərlə əmək adamlarının hüquqlarını müdafiəçisi olmuşdur.

AHİK sədrinin sanatoriyaların, pansionatların ərazisini sataraq bina tikdirməsi iddiası tamamilə yalandır. Belə ki, AHİK-in 8 sanatoriyası və bir müalicə pansionatı var. Sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır. AHİK sədri mütəmadi olaraq KİV nümayəndələrinin iştirakı ilə həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə baş çəkir, şəraitlə yerində tanış olur, müalicə və istirahətlərin necə təşkil edilməsi ilə maraqlanır. Qeyd edək ki, həmin sanatoriya və pansionatların heç birinin ərazisində yaşayış binaları tikilməmişdir.

AHİK sədrini qeyri-demokratik seçkilər və qohumluq əlaqələri vasitəsilə sədr seçilməkdə ittiham edənlər, unutmasınlar ki, AHİK sədri 1980-ci illərdən həmkarlar ittifaqlarında çalışır. O, ən ağır bir dönəmdə, çoxlarının məsuliyyətdən qaçdığı bir vaxtda - 1991-ci ildə Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilib. İşçilərin həmkarlar ittifaqlarında birləşdiyi istehsal müəssisələri, zavodlar, fabriklər fəaliyyətini dayandırmışdı, işsizlik artırdı. Belə bir vaxtda önjül həmkarlar ittifaqları liderləri sovet sistemindən qalma AHİŞ-i buraxmaq və yeni demokratik qurum yaratmaq qərarına gəldilər.

Səttar Möhbalıyev 1992-ci ilin dekabrında yeni qurumun – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçildi. Naxçıvan Muxtar Respublikası və 26 Sahə həmkarlar ittifaqı birliklərini könüllü olaraq özündə birləşdirən AHİK 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatında uğurla təmsil olunur, rəy və təklifləri həmişə nəzərə alınır. 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, 2004-cü ildən isə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır və bu beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə fəal iştirak edir.

S.Möhbalıyevin sədr və digər vəzifələrə seçilməsində rolu qeyd edilən şəxslər həmin vaxt, ümumiyyətlə, təsir imkanlarına malik olmayıblar. Yeri gəlmişkən, Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq nüfuzu, həmçinin AHİK sədri Səttar Möhbalıyevin dünya həmkarlar ittifaqları hərəkatının inkişafındakı rolu və xidmətlər nəzərə alınaraq o, 2014-cü ilin may ayında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib.

Həmkarlar ittifaqları üçün ödənilən üzvlük haqqına gəldikdə isə bildiririk ki, üzvlük haqqının ödəlilməsi, hansı istiqamətdə xərclənməsi barədə dəfələrlə AHİK və onun sədri tərəfindən jurnalistlərə açıqlama verilib. Bir daha bəyan edirik ki, vəsaitin xərclənməsinə həmkarlar ittifaqlarında fəaliyyət göstərən nəzarət-təftiş komissiyaları tərəfindən nəzarət edilir. Eyni zamanda keçirilən iclaslarda, konfranslarda, qurultaylarda vəsaitin hara xərclənməsi barədə hesabatlar verilir. Bu məqsədlə bir hesabatı da diqqətinizə çatdırırıq: 2020-ci il və 2021-ci ilin ilk 6 ayı ərzində AHİK pandemiya və Vətən müharibəsi ilə əlaqədar ümumilikdə 18 295091 manat vəsait xərcləyib. Belə ki, 44 günlük müharibə dövründə AHİK və onun üzv təşkilatları tərəfindən “Silahlı Qüvvələrə Yardım Fondu”na 10 22 605 manat, “YAŞAT” Fonduna 586 510 manat, “Qarabağ Dirçəliş Fondu”na 600 000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə 1 497 858 manat, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına 150 000 manat vəsait köçürülüb.

AHİK tərəfindən həmişə diqqətdə saxlanılan şəhid ailələrinə və qazilərə ümumilikdə 1123800 manat maddi yardım göstərilib. 6 278 şəhid ailəsinə və qaziyə birdəfəlik yardım edilib. 161 şəhid ailəsinin 269 övladı himayəyə götürülüb.

Pandemiya dövründə də xüsusi fəallıq göstərən AHİK 98 507 aztəminatlı ailəyə ümumilikdə 3 925 985 manat, 92 254 nəfərə isə ümumilikdə 6 500 762 manat yardım göstərib. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna 680 670 manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 705 000 manat vəsait köçürülüb. İnfeksiyadan qorunmaq üçün 1 450 149 manat dəyərində 1405285 ədəd 10-dan çox müxtəlif adda qoruyucu vasitələr alınaraq işçilər arasında paylanılıb.

Vurğulayırıq ki, AHİK sədri Səttar Möhbalıyevin heç bir ailə üzvü Konfederasiyada vəzifə daşımır. Həmçinin, əlavə edirik ki, AHİK sədrinin və onun ailə üzvlərinin xarici ölkələrdə nə iaşə obyektləri, nə biznesi, nə biznes ortağı, nə də biznesinin müdafiəçisi vardır.

AHİK-i yollayışların verilməsində ittiham etmək isə qaydalardan xəbərsiz olmağı göstərir. Bir daha nəzərinizə çatdırırıq ki, hər il həmkarlar ittifaqlarının yüz minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Qeyd edək ki, bu yollayışlar AHİK tərəfindən deyil, iş yerlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitələri tərəfindən ittifaq üzvlərinə verilir. Həmkarlar ittifaqı üzvü yollayışının dəyərinin yalnız 15%-ni ödəyir. İlk həmkarlar ittifaqı tərəfindən ittifaq üzvlərinə verilən hər 10 yollayışdan biri pulsuzdur. Bu məsələdə, yəni yollayışların verilməsində AHİK-in fəaliyyəti yalnız yollayışların sahə həmkarlar ittifaqları arasında rüblər üzrə bölgüsünü təmin etməkdən ibarətdir.

AHİK və onun sədrinin fəaliyyətsizliyi ilə bağlı iddiaya gəldikdə isə bəyan edirik ki, üzvlərinin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan qurum 1999-cu ildə qəbul edilmiş Əmək Məcəlləsinin hazırlanması prosesində əmək hüquqları ilə bağlı 120-dən çox təklif irəli sürmüş və onların əksəriyyəti nəzərə alınmışdır. Həmçinin 1993-2003-cü il ərazində AHİK 50-dək normativ aktın hazırlanması və ekspertizadan keçirilməsi prosesində fəal iştirak etmişdir. Səttar Möhbalıyev deputat kimi də öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlir. Parlamentdə aparılan bütün müzakirələrdə, qanunların qəbul olunmasında fəallıq göstərir, mövzu üzrə bağlı çıxışlar edir, seçicilərlə mütəmadi görüşür, onların qayğıları ilə maraqlanır, istəklərinin reallaşması üçün qanuna müvafiq olaraq, səlahiyyətləri çərçivəsində tədbirlər görür. Bu barədə mətbuatda müntəzəm olaraq informasiyalar da yer alır.

Səttar Möhbalıyevin həm AHİK sədri, həm də millət vəkili kimi fəaliyyətində şəhid ailələrinə, qazilərə, birinci və ikinci Qarabağ müharibəsi veteranlarına diqqət və qayğı xüsusi yer tutur. Yuxarıda təqdim etdiyimiz statistikada, həmçinin mətbuat səhfələrində bu, aydın görünür. Bunu da demək yerinə düşər ki, Səttar Möhbalıyevin qardaşı Əhməd Möhbalıyev Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi qəhrəmanlıqlar göstərərək şəhid olub və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Bir sözlə, Səttar Möhbalıyev də şəhid ailəsidir.

Xəbərsiz olanlar üçün bir daha bəyan edirik ki, həmkarlar ittifaqları ictimai bir təşkilatdır və təşkilata üzvlük könüllü xarakter daşıyır. Adından göründüyü kimi, AHİK konfederasiyadır və orada birləşən həmkarlar ittifaqı təşkilatları müstəqil fəaliyyət göstərmək hüquqlarını özlərində saxlayırlar. Odur ki, AHİK-in və onun sədrinin üzv təşkilatlara yalnız tövsiyə xarakterli göstərişləri ola bilər".

Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Loading Bars
Xəbər lenti
Angela Merkel rəsmi olaraq Almaniya kansleri vəzifəsini tərk etdi
ABŞ mütəxəssisləri uşaqların peyvənd edilməsinə icazə verməyə çağırıblar
Gürcüstanda Çin bayrağı altında üzən gəmi cərimələnib
Füzuli Beynəlxalq Hava Limanı Qarabağı Azərbaycana qırılmaz şəkildə bağlayacaq - Yalçın Topçu
44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr
Çində 4 milyonluq şəhər karantinə alındı
Evlərin təmiri zamanı dələduzlardan necə qorunmaq olar?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək
Həkəri və Bərgüşad çayları strateji əhəmiyyətə malikdir - AÇIQLAMA
Azərbaycandakı sürüşmə zonalarında mövcud vəziyyət açıqlanıb
Rəcəb Tayyib Ərdoğan: İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil
Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək - Rəcəb Tayyib Ərdoğan
Ermənilər ərazilərin onlara məxsus olmadığını bildikləri üçün şəhərlərimizi xarabalığa çeviriblər - Deputat
Prezident İlham Əliyev Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərini əsl qardaşlıq nümunəsi adlandırıb
Prezident İlham Əliyev: İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik
Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyarsa, Türkiyə ilə də münasibətlərin normallaşması üçün əngəl qalmayacaq - Ərdoğan
Prezident İlham Əliyev: Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq
Qarabağ balı Fransaya ixrac olunacaq
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır
Ərdoğan Zəngəzur dəhlizinin təməlqoyma mərasimində: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz
Prezident İlham Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır
Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA
Sosial siyasətin uğurlu istiqamətlərindən biri şəhid ailələrinə daimi qayğıdır - Deputat
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiyalı media eksperti Teleradio Akademiyasında olub (FOTO)
Azərbaycan və Xorvatiya arasında birgə komissiyanın növbəti iclası keçirilib
ABŞ-ın Azərbaycana qarşı “907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? - AÇIQLAMA
Bolqarıstandan olan nümayəndə heyəti Ağdam və Tərtərdə dağıdılmış obyektlərə baxış keçirib
Təlim toplanışında iştirak edəcək hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub (FOTO/VİDEO)
"Lukoyl"un "Şahdəniz" layihəsində payının artırılması prosesində məsləhətçi şirkətin adı açıqlanıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO)
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək - Nazir müavini
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib (FOTO/VİDEO)
Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Dövlət orqanlarında 30 vakant vəzifə üzrə daxili müsahibə keçiriləcək
Azərbaycanda ilk beynəlxalq peşəkar Kiber təhlükəsizlik birliyi yaradıldı
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilandan fotolar paylaşıb (FOTO)
BDU-nun baş müəllimi vəfat edib
Səfirlik tərəfindən mühəndislik məhsulları üzrə vebinar təşkil olundu (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın gücünə güc qatacaq - Sevil Mikayılova
Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)
Oktyabrın 27-nə USD/AZN rəsmi məzənnəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azərenerji” ASC Bakıda qanunsuz tikililərlə bağlı açıqlama yayıb (FOTO)
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib
Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)
Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib
Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar (FOTO/VİDEO)
Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək
Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa investisiya qoyuluşunu və sosial inkişafı sürətləndirəcək - İsrailli ekspert
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda heroin alverçiləri yaxalandı (FOTO/VİDEO)
TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi
20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur - AQTA
Çində 4 milyona yaxın əhalisi olan şəhər karantinə bağlandı
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir
Azad edilmiş ərazilərdə şəhid adlarının əbədiləşdirilməsi çox mühüm addımdır - Deputat
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Qəbələdə toy sahibləri cərimələndi (FOTO/VİDEO)
Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
UNEC Qarabağ mövzusunu dünya kitabxanalarında araşdırır: Ən çox nəşrlər hansı ölkənindir?
Qubadlıda yeni yaradılan hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına şərait yaradır - Hərbi ekspert
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
"Azəristiliktəchizat" ASC qış mövsümünə hazırlıq işlərini başa çatdırıb
Azərbaycan məhsulları Çində sərgi-yarmarkada maraqla qarşılanıb (FOTO)
Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır - ŞƏRH
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
Qohumuna qarşı 13 min manatlıq dələduzluq edən qadının işi məhkəməyə göndərildi
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar (FOTO/VİDEO) (YENİLƏNİB)
İranda daha 156 nəfər koronavirusdan ölüb
Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)
Bu il 1300-ə yaxın əlil şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Britaniya kraliçası Azərbaycanı təbrik edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2266 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)
Qubadlıda icra olunan layihələr infrastruktur işlərinin birinci sırada olduğunu göstərir - Deputat
Bu ərazilərə qar yağıb - Faktiki hava
Azərbaycanda restoranlara ulduzlar verilə bilərmi?
Ata Abdullayev dedi ki, 15 min manat ver, videonu silim - Zərərçəkmiş
Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)
Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib (FOTO)
Sabah hava yağışsız keçəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma (FOTO/VİDEO)
Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib
Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Türkiyə səfiri UNEC-də olub (FOTO)
Külli miqdarda qanunsuz spirtli içki aşkar edilib (VİDEO)
AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb
Əlillərə əmək pensiyası təyinatı hansı qaydada aparılır?
DSMF dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?
Bütün xəbərlər