...

Vətən müharibəsi şəhidlərinin övladları haqqında videoçarx hazırlanıb

Cəmiyyət Materials 29 Sentyabr 2021 11:03 (UTC +04:00)
Vətən müharibəsi şəhidlərinin övladları haqqında videoçarx hazırlanıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni videoçarx Vətən müharibəsində şəhidik zirvəsinə ucalmış qəhrəmanlarımızın uşaqlarından bəhs edir.

Uşaqların hər biri Vətənin bütövlüyü və xalqımızın möhtəşəm Zəfəri, doğma torpaqlarımızın azadlığına qovuşması uğrunda canından keçən bir igidin övladı olduğunu qürurla, iftixarla, onlara yaraşan məğrurluqla söyləyir.

Videoçarx Vətən müharibəsi şəhidləri Ramid Hacıyev, Teymur Abbasov, Sədi Musayev və Rövşən Nurzadənin uşaqlarının timsalında bütün şəhidlərimizin Vətən ətirli övladlarının bizə əmanət olduğunu və onların daim diqqət və qayğı əhatəsində olacaqları mesajını çatdırır.

Videoçarx:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti