...

"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib

Cəmiyyət Materials 23 Oktyabr 2021 10:12 (UTC +04:00)
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib

Bakı. Samir Əli - Trend:

“YAŞAT” Fonduna daxil olan vəsaitlərin xərcləndiyi istiqamətlər açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə fond məlumat yayıb.

Məlumata görə, fonda toplanan vəsaitin 43,13 faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib.

Toplanan vəsaitin 16,31 faizi borc öhdəliklərinin qarşılanması, 38,19 faizi tibbi xərclərin ödənilməsi, 1,56 faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi isə 0,81 faiz təşkil edir.

Bu günə qədər fondda 63 583 188,17 manat toplanıb ki, həmin vəsaitin 44 508 561,48 manatı xərclənib. Hazırda fondda 19 074 626,69 manat vəsait qalıb.

Fond tərəfindən indiyədək 2 909 şəhid ailəsi ziyarət olunub. Bu günədək 9 914 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.

Fond tərəfindən indiyə qədər 4 542 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə isə 15 954 şəhid ailəsi üzvləri və yaralılar ziyarət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti