...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 6 Noyabr 2021 16:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 824 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 151, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 26 580 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 884 608, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 992 534, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 426 631, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 465 443 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti