...

Paytaxtın bəzi yerlərinə istilik verilməyib? - AÇIQLAMA

Cəmiyyət Materials 16 Noyabr 2021 11:52 (UTC +04:00)
Paytaxtın bəzi yerlərinə istilik verilməyib? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Bakının bəzi hissələrində hələ də istiliyin verilmədinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev hazırda belə bir problemin olmadığını və qazanxanaların tam şəkildə işlədiyini bildirib.

"İstilik dünən verilib. Suyun temperaturu tədricən yüksəldilir. Tənzimləmənin aparılması 1-2 gün vaxt aparır. Qısa müddətdə işlər normal rejimə düşəcək" - deyə o qeyd edib.

Qurum rəsmisi gecə saatlarında bəzi yerlərdə suyun temperaturunun azaldılması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

"Belə məlumatların heç bir əsası yoxdur. Əksinə axşam saatlarında hava soyuduğu üçün qrafikə uyğun olaraq suyun temperaturu artırılır" - deyə o bildirib.

Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 559 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti