...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 26 Noyabr 2021 15:09 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 893 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 426 930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 067 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 549 652, buster doza üzrə vaksinasiya olunanların sayı isə 809 845 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti