...

Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov

Cəmiyyət Materials 8 Dekabr 2021 16:09 (UTC +04:00)
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov

Bakı. Humay Ağacanova - Trend:

Azyaşlıların narkotikdən istifadəyə başlamasına səbəb valideyn nəzarətsizliyidir.

Trend xəbər verir ki bunu, Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Səhiyyə Nazirliyinin "İnstagram" səhifəsində “Narkomaniya ilə mübarizə” mövzusunda canlı yayımda qonaq olarkən deyib.

O qeyd edib ki, bəzən valideynlər övladlarına verdikləri pulun nə zaman və harada xərclənməsinə nəzarət etmirlər.

“Bu da azyaşlıların narkotikistifadəsinə təkan verir. Yuxarı yaş qrupunda olan narkotik istifadəçilərinin ilk başlama bəhanələri ailədaxili sosial problemlər, pulsuzluq, əhval-ruhiyyənin aşağı düşməsi, eləcə də əhatəsində olan narkotik istifadəçisinin olmasıdır. Dünya təcrübəsinə baxsaq, bir narkotik istifadəçisi il ərzində ən azı 2 və ya 4 nəfəri bu yola çəkməyi bacarır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti