...

Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2021 10:19 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)

Bakı. Trend:

8 noyabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalının tibb bacıları İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər. Təlim Tədris Simulyasiya Mərkəzinin treneri Aynur Abbasəliyeva tərəfindən aparılıb. Xəstəxanayaqədərki dövrdə hadisə yerində zərərçəkənin həyatı ona göstərilən ilk yardımın keyfiyyətindən asılı olur.

Təlimdə qısa müddət ərzində yüksək səviyyəli ilk yardımın ardıcıl göstərilməsi, ilk tibbi yardımın nədən ibarət olması, hansı formatda aparılması, xəstələrin vəziyyətinin qiymətləndirilməsi, ürəyi və ya tənəffüsü dayanmış adama Cardio Ağciyər Resusitasyon (CPR)-nın tətbiqi barədə ətraflı məlumat verilib. Tədbirin birinci hissəsində CPR-ın tətbiqinin göstərişləri, tezliyi, dərinliyi incəliklərinə qədər izah olunub, ikinci hissədə isə Mərkəzi Gömrük Hospitalının tibb bacıları izah edilən ilk tibbi yardım prosedrularını praktikada mulyajlar üzərində tətbiq ediblər.

Tibb bacılarının bacarıqları kompüter proqramı vasitəsilə ballarla ölçülüb. Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı Əliyeva Amaliya 89 bal, Cəbiyeva Vüsalə 88 bal, Yusifzadə Fatimə 77 bal, Səmədova Fəxriyyə 75 bal, Axundova Rühəngiz 89 bal, Əhmədova Günel 82 bal, Belyaninova Qalina 92 bal, Əfsərova Səadət 44 bal, Ağayeva Mahirə 89 bal və Əliyeva Gülbəniz 92 bal toplayıblar. Qeyd edək ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bakı Sağlamlıq Mərkəzində Tədris Simulyasiya Mərkəzi tədris-təlim prosesində istifadə olunan yüksək texnologiyalı müasir robotlar və digər simulyasiya avadanlığı ilə təchiz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti