...

DİN jurnalistlərə müraciət edib

Cəmiyyət Materials 15 Dekabr 2021 12:50 (UTC +04:00)
DİN jurnalistlərə müraciət edib

Bakı. Fərid Zöhrabov -Trend:

"KİV nümayəndələri jurnalist gödəkçələrindən istifadə etməlidir".

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, üzərində "press" yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: "Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti