...

“Choco Art” markası "İZ Women’s Workshop"-da (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2021 15:29
“Choco Art” markası "İZ Women’s Workshop"-da (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda “Choco Art” markasının dəstəyi və "İZ-İnamlı və Zərif" Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə "İZ Women’s Workshop" keçirilib. Tədbir qadın sahibkarları, eləcə də xanımlar üçün məhsullar istehsal edən şirkətlər və distribütorları bir araya gətirib. İştirakçı olan xanım sahibkarlar tədbir çərçivəsində təcrübələrini paylaşıb, yeni məlumatlar, yaradıcılıq, yeni ideya axtarışları yönündə geniş fikir mübadiləsi aparıblar. “Choco Art” brendinin baş sponsorluğu ilə keçirilmiş tədbirdə müxtəlif istiqamətlərdən olan (bəzək əşyaları, dizayn, təhsil, kosmetik məhsullar və s.) qadın sahibkarlar iştirak ediblər. İştirakçılara xanımların cəmiyyətdə çox böyük rol oynadığı və “İZ Women’s Workshop” layihəsinin də sahibkar xanımlara həmçinin bu fəaliyyətə yeni başlayan zərif cinsin nümayəndələrinə istər əlaqələr qurmaq, istərsə də fikir mübadiləsi aparmaq cəhətdən çox şey qatacağı qeyd olunub. “Choco Art” markasının da hər zaman qadınların yeniliklərlə ayaqlaşmasında və öz karyeralarını qurmasında dəstək olduğu vurğulanıb. Markanın reklam siması olan sevilən müğənni Samirə Əfəndi tədbirdə çıxış edərək xanımlara uğurlar arzu edib və öz dəstəyini bildirib. Daha sonra xanımlara məhsulun yeni çeşidləri təqdim olunub və onlara özəl hədiyyələr edilib.

Qeyd edək ki, İncə sənət və yüksək peşəkarlıq nümunəsi olan bu markanı digərlərindən fərqləndirən əsas cəhət 100 % təbii kakao yağı və yüksək keyfiyyətli kakao dənindən hazırlanmasıdır. İlk olaraq bazara piltə çeşidləri ilə daxil olan “Choco Art” daha sonra şokalad yağları və çəkili konfetlər ilə istehlakçıları yeni dad və ləzzətlər ilə sevindirməyə davam edir. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan bu şokolad nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti