...

Azərbaycan tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması barədə məlumat yalandır - MN

Cəmiyyət Materials 10 Yanvar 2022 15:13 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən (MN) Trend-ə məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb.

Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti