...

Xəstəxanaların elmi şöbələrində çalışanların maaşına əlavələrin məbləği müəyyənləşib

Cəmiyyət Materials 12 Yanvar 2022 17:26 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Tibb müəssisələrinin elmi şöbələrində çalışan işçilərin əməkhaqlarına sabit aylıq həvəsləndirici əlavələrin məbləği müəyyən edilib.

Trend xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasında dəyişiklik edilib.

Milli Hematologiya və Trnasfizuologiya Mərkəzinin Müşahidə Şurasına tapşırılıb ki, bir ay müddətində işçilərinə sabit aylıq həvəsləndirici əlavələrin məbləğləri ilə bağlı təkliflərini İTSDA-ya təqdim etsinlər.

Qərarın icrasına nəzarət İcbari Tibbi Sığorta üzrə Dövət Agentliyinin sədr müavini Nigar Bayramovaya həvalə edilib.

Tibb müəssisələrinin elmi şöbələrində çalışan işçilərinin əməkhaqlarına sabit aylıq həvəsləndirici əlavələrin məbləği aşağıdakı kimi müəyyən edilib:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti