Bakı. Elçin Mehdiyev – Trend:
Vətən müharibəsində iştirak etmiş şəxslər siyahısı müvafiq qurumlar tərəfindən tərtib olunur. Daha sonra həmin siyahı Zəfər altsisteminə daxil ediləcək.
Trend-in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Onun sözlərinə görə, bununla bağlı hazırda işlər görülür. Zəfər altsistemi də artıq istifadəyə verilib.