...

Qəbələdə toy mərasimlərində karantin qaydaları pozulub

Cəmiyyət Materials 8 Fevral 2022 17:49 (UTC +04:00)
Qəbələdə toy mərasimlərində karantin qaydaları pozulub

Bakı. Trend:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Yemişənli və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində müəyyən edilən say həddindən artıq, eləcə də COVID-19 pasportu olmayan qonaqların iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibləri barəsində protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti