...

Bakı Ali Neft Məktəbinin daha 2 tələbəsi Xoşbəxt Yusifzadə təqaüdünə layiq görülüb (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2022 10:10
Bakı Ali Neft Məktəbinin daha 2 tələbəsi Xoşbəxt Yusifzadə təqaüdünə layiq
görülüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) daha 2 tələbəsi SOCAR-ın Birinci vitse-prezidenti,
akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görülüb.

BANM-in “Neft-qaz mühəndisliyi" ixtisasının V kurs tələbələri - Zərifə Cəbrayılova və
Kənan Məmmədov akademik Xoşbəxt Yusifzadə adına təsis edilmiş tələbə təqaüdünü
qazanıblar. Bakı Ali Neft Məktəbinin Elmi Şurasının bu qərarı onların tədris illəri ərzində
əldə etdikləri yüksək nəticələr və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki xüsusi aktivliyi
nəzərə alınaraq verilib.

Qeyd edək ki, bu tələbə təqaüdü akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə
əlaqədar olaraq Bakı Ali Neft Məktəbi tərəfindən (SOCAR-ın Şurasının 13 nömrəli, 17
mart 2020-ci il tarixli Qərarına əsaslanaraq) təsis edilib. Belə ki, hər il BANM-in 2
nümunəvi IV və ya V kurs tələbələri bu təqaüddən yararlanmaq imkanına malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti