...

Azərbaycanda daha 2 685 COVID-19-a yoluxub, 24 nəfər vəfat edib

Cəmiyyət Materials 20 Fevral 2022 16:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 685 yeni yoluxma faktı qeydə alınıb, 6 558 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 774 394 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 734 386 nəfər müalicə olunaraq sağalıb, 9 235 nəfər vəfat edib, aktiv xəstə sayı 30 773 nəfərdir.

Son sutka ərzində 11 629, hazırkı dövrədək isə 6 485 357 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti