...

FIG İcra Komitəsinin üzvü Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib

Cəmiyyət Materials 6 Mart 2022 19:23 (UTC +04:00)
FIG İcra Komitəsinin üzvü Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib

Bakı. Cani Babayeva - Trend:

Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının yaxşı təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm.

Trend-in məlumatına görə, bunu Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının bağlanış mərasimində Beynəlaxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü Yusif Əl-Tabbaa deyib.

"Axşamın xeyir Bakı!

Axşamınız xeyir, əziz gimnastlar və dostlar!

Mən Azərbaycana Respublikasına və Azərbaycan Gimnastika Federasiyasına bu mühüm tədbirin uğurla keçirilməsi üçün yaxşı təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim.

Mən həmçinin bütün idmançılara, məşqçilərə, hakimlərə, təşkilat komitəsinə və Beynəlaxalq Gimnastika Federasiyasının (FIG) akrobatika gimnastikası üzrə texniki komitəsinə bu tədbir zamanı səmərəli iş və əməkdaşlığa görə təşəkkür edirəm.

Medal qazanan hər kəsi təbrik edirəm və Bakıda keçirilən 12-ci Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını bağlı elan edirəm.

Sizinlə yenidən görüşmək ümidi ilə,

Hamınıza təşəkkür edirəm!", - deyə Yusif Əl-Tabbaa bildirib.

Qeyd edək ki, Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları 3-6 mart tarixlərində keçirilib. İlk dəfə Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 24 ölkədən 438 gimnast iştirak edib. Yarışda 13-19 yaş kateqoriyasında Azərbaycan qadın qrupu birinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti