...

Mingəçevir Dövlət Universitetində növbəti iməcilik keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Mart 2022 13:26 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin 9 və 10 mart tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil, İqtisadiyyat və idarəetmə fakültələrinin təşkilatçılığı ilə növbəti iməcilik keçirilib. MDU-nun tədris binalarının həyətində təşkil edilən iməcilikdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər.

Universitetdən Trend-ə bildirilib ki, iməcilik zamanı universitetin həyətində ağacların dibi yumşaldılıb, təmizlik və abadlıq işləri görülüb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin ətraf mühitə diqqətinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti