...

Ukraynadan təxliyə edilən tələbələrin təhsil problemi necə həll olunacaq?

Cəmiyyət Materials 17 Mart 2022 14:01 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynadakı müharibə bu ölkədə ali təhsil alan azərbaycanlı tələbələri təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıtmağa vadar edib. Tələbələrin təhsillərinin yarımçıq qalmaması üçün hansı həll variantları mümkündür?

Bu barədə Trend-in suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, vəziyyət düzələnədək həmin tələbələrin distant təhsil alması mümkündür.

"Amma Ukraynada müharibənin nə qədər davam edəcəyi məlum deyil. Əgər hərbi əməliyyatlar davam edərsə, çıxış yolu tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi ola bilər. Amma "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"a görə, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Qaydalara görə xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi də aparılmır",- deyə o bildirib.

K.Əsədov qeyd edib ki, qaydalardan məlum olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin ölkəmizdəki ali təhsil ocaqlarına köçürülməsi mümkün deyil. Çünki, onlar bu ölkədəki ali təhsil müəssisələrinə attestat və daxili imtahan əsasında qəbul olunublar.

"Amma yaxşı olar ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ixtisasları üzrə ölkəmizin ali təhsil müəssisələrinə köçürülməsini və onların burada təhsillərini davam etməsini təmin etsin. Nəzərə alsaq ki, Ukraynada müharibə hələ davam edir və dağıntılar nəticəsində tələbələrin təhsil sənədləri də məhv olur.

İndidən tələbələrin siyahıya alınması təşkil edilməli və müvafiq qərarlar qəbul edilib onların köçürülməsi təmin edilməlidir",- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti