...

Milli Hidrometeorologiya Xidməti son 20 ilin statistik məlumatlarını açıqlayıb

Cəmiyyət Materials 20 Mart 2022 14:33 (UTC +04:00)
Milli Hidrometeorologiya Xidməti son 20 ilin statistik məlumatlarını açıqlayıb

Bakı. Trend:

Son 20 ildə martın 20-də Bakıda və Abşeron yarımadasında ən aşağı temperatur 2010-cu ildə 0 dərəcəyə yaxınlaşıb.
Ən isti keçən il isə 2008-ci il olub, havanın temperaturu martın 20-də müsbət 22 dərəcəyə yüksəlib.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"2014-cü ildə cənub küləyinin surəti 32 m/s-dək güclənib. 2019-cu ildə isə Bakıda güclü yağıntı olub, bir gün ərzində yarımaylıq normadan çox, 18 mm yağıntı düşüb".

Ölkəmizin bölgələrində də bu bayram günlərində hava necə olub? Azərbaycanın rəngarəng iqlimi elə bir gündə öz fərqliliyi ilə seçilib.

U.Tağıyeva qeyd edib ki, martın 20-i Naxçıvan MR-da minimal temperatur 2012-ci ildə 6 dərəcə şaxta, maksimal temperatur isə 2001-ci ildə 25 dərəcə isti, Qazax-Gəncə zonasında minimal temperatur 2003-cü ildə 8.4 dərəcə şaxta, Balakən-Şəki zonasında isə 2018-ci ildə 24.7 dərəcə isti, Lənkəran-Astara zonasında minimal temperatur 2010-cu ildə dağlıq zonada 11 dərəcə şaxta olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti