...

Mobil telefonlardakı hava proqnozu düzgün deyil - AÇIQLAMA

Cəmiyyət Materials 28 Mart 2022 15:39 (UTC +04:00)
Mobil telefonlardakı hava proqnozu düzgün deyil - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mobil telefonlardakı hava proqnozu çox vaxt real vəziyyəti əks etdirmir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, telefonlardakı və müxtəlif elektron qurğularda hava proqnozları vətəndalarımız arasında çaşınlıq yaradır.

"Bu proqram istehsalçılar tərəfindən hazırlanmış rəqəmsal proqramlardır. Onlardan ötürülən məlumatlar bizim tərəfimizdən verilmir. Biz bu məlumatların düzgünlüyünə təminat vermirik. Ancaq həmin proqnozlara da baxılır və təhlillər aparılır. Bir çox hallarda bizim proqnozlarla elektron qurğulardakı məlumatlar üst-üstə düşmür. Bizim proqnozlar ETSN-nin saytında daimi olaraq yenilənərək yerləşdirilir. Gələcəkdə bizdə də belə bir proqramın yaradılması nəzərdə tutulur”, - deyə baş hidroloq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti