...

Deputat Könül Nurullayeva vətəndaşların problemləri ilə maraqlanıb (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2022 12:37 (UTC +04:00)
Deputat Könül Nurullayeva vətəndaşların problemləri ilə maraqlanıb (FOTO)

Bakı. Trend:

24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.

Deputat qərargahından Trend-ə verilən məlumata görə, K.Nurullayeva qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən şikayət və problemlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında vətəndaşın əlillik dərəcəsinin düzgün müəyyən edilməməsi ilə bağlı şikayəti, işlə təmin olunma, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, yaşayış binasının dam örtüyünün əsaslı təmir olunması, vətəndaşın işindən əsassız yerə çıxaldığına dair iddiası və s. bu kimi məsələlər başlıca yer alıb.

Vətəndaşların qəbul ərzində Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər deputat səlahiyyətləri daxilində qeydiyyata götürülüb və ən yaxın zamanda aidiyyətı üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti