...

Abşeron rayonunda silsilə tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2022 13:04 (UTC +04:00)
Abşeron rayonunda silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda şəhid ailələrinin, müharibə əlillərinin və Vətən müharibəsi qəhrəmanlarının yaşadığı yeni Yaşayış Kompleksində iməclik və ağacəkmə kampaniyası keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan iməclikdə RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qaziləri və rayon ictimaiyyəti iştirak etmişdir.

İməclik zamanı kompleksin ətrafı məişət tullantılarından təmizlənmiş və texniki vasitələrlə ərazidən uzaqlaşdırılmışdır.

Ağacəkmə tədbirində ümumi sayı 1400-ə yaxın gül kolu, 200-dən çox Eldar şamı, çinar və digər həmişəyaşıl ağacların əkilməsi həyəta keçirilmişdir. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılmış, ərazidə mini park-guşələrinin yaradılması təmin edilmişdir.
RİH başçısı Abdin Fərzəliyev Kompleksin sakinləri ilə görüşmüş, yaşayış məntəqəsinin problemləri ilə maraqlandmışdır.

Məlumat üçün bildirək ki, rayon ərazisində yaşıllıqların salıması və ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Tədbir iştirakçıları daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” orden və medallarına layiq görülən Ataşov Asif Kərim oğlunun anadan olmasının 20-ci ili münasibəti ilə Xırdalan Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmiş, şəhidimizin ruhuna dualar oxumuş, onun döyüş yolundan, cəbhədə göstərdiyi şücaətlərdən söz açmışlar.

RİH başçısı ziyarət zamanı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gəlmiş və 30 illik vətən həsrətinə son qoyulmuşdur. Xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin nəticəsində düşmən döyüş meydanında diz çökdürülmüşdür. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini və bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Şagirdlər vətənə, qələbəyə aid şeirlər səsləndirmişlər. Sonra tədbir iştirakçıları Ataşov Asif Kərim oğlunun əvvəllər yaşadığı evə gedərək şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanmışlar.

Şəhid ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti