...

Məktəbəqədər təhsil 1 yaşdan yuxarı uşaqları əhatə edəcək

Cəmiyyət Materials 14 Aprel 2022 11:14 (UTC +04:00)
Məktəbəqədər təhsil 1 yaşdan yuxarı uşaqları əhatə edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2012-ci ildə təsdiq edilmiş kurikulum 3-6 yaşı əhatə edirdi. Yeni dövlət standartı 1-6 yaşları təsbit edir, yəni burada 1-6 yaşlı uşaqların nələri öyrənməli olduqlarından söhbət gedir.

Trend-in məlumatına görə, bunu Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə təsdiqlənən “Məktəbəqədər təhsil proqramı (kurikulum)” 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsidir.

"Məktəbəqədər təhsil haqqında proqram təkmilləşdirilib, ləğv edilməyib. Yeni dövlət standartı 1-6 yaşları təsbit edir. 1 yaşlı uşağın təhsili dedikdə onların parta arxasında əyləşdirib yazmaq-öyrətmək yox, məşğələlərin oyun formasında olmasından söhbət gedir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti